Bank Of Baku

«Parabank» yeni fotomüsabiqə keçirir

«Parabank» yeni fotomüsabiqə keçirir
# 28 dekabr 2011 13:28 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «Parabank» ASC «Uşaqlarımız - Xoşbəxtliyimiz! -2» adlı fotomüsabiqəyə start verib.

Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, müsabiqə şərtlərinə əsasən, şəkillər Yeni İl bayramı abı-havasında olmalıdır (müsabiqədə 3 yaşına qədər olan uşaqların şəkilləri iştirak edə bilər). Müsabiqəyə qoşulmaq üçün şəkilləri, valideynlərin şəxsiyyət vəsiqəsini, uşağın doğum və valideynlərin nikah haqqında şəhadətnaməsini skan olunmuş sürətini, telefon nömrələrini qeyd etməklə [email protected] ünvanına mövzu (subject) «fotomusabiqe» qeyd etməklə 2012-ci il yanvarın 10-dək göndərmək lazımdır.

Müsabiqədə yalnız real çəkilən şəkillər iştirak edə bilər, əlavə proqram vasitəsilə dəyişiklik edilən şəkillər müsabiqədən kənar qalacaq. Müsabiqədə iştirak edən şəkillər «Parabank»ın Facebook səhifəsində yerləşdiriləcək. Qaliblər münsiflər heyəti tərəfindən və «like»lar əsasında seçiləcək.

Münsiflər heyəti tərəfindən seçilən qaliblərə I yer üçün 1 500 manat, II yer 1 000 manat və III yer üçün 500 manat mükafat veriləcək. «Like»lar əsasında seçilən qaliblərə isə I yerə görə 700 manat, II yerə 500 manat, sonuncu yerə 300 manat mükafat təqdim ediləcək.

Qeyd edək ki, müsabiqədə iştirak etmək üçün hər bir istifadəçi ilk növbədə Facebookda daimi səhifəyə malik olmalıdır. Müsabiqəyə yalnız hər bir iştirakçı müəllif tərəfindən çəkilən real şəkillər buraxılacaq. İnternet və ya digər resurslardan əldə edilən fotoşəkillər müsabiqəyə buraxılmayacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR