Bank Of Baku

«Parabank»ın «Nizami» filialı iş vaxtını artırıb

«Parabank»ın «Nizami» filialı iş vaxtını artırıb
# 28 dekabr 2011 13:50 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «Parabank» ASC-nin «Nizami» filialının iş vaxtı artırılıb. Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, filial həftənin 5 iş günü 09:00-dan 20:00-dək, şənbə günləri isə 11:00-dan 15:00-dək müştərilərə xidmət göstərir.

Filial fiziki və hüquqi şəxslərə geniş çeşiddə maliyyə xidmətləri, o cümlədən hesablaşma-kassa xidmətləri, depozitlərin cəlb edilməsi, istehlak, biznes kreditləri, xaricdə təhsil və digər kreditlər, «VISA» plastik kartları, mobil rabitə operatorlarının xidmətlərinin ödənilməsi, beynəlxalq sistemlər vasitəsilə sürətli pulköçürmə xidmətləri və s. təqdim edir.

Qeyd edək ki, «Nizami» filialı Bakı şəhəri, Qara Qarayev prospekti,27A ünvanında yerləşir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR