Bank Of Baku

Azərbaycanda yeni sığorta şirkəti fəaliyyətə başlayıb

Azərbaycanda yeni sığorta şirkəti fəaliyyətə başlayıb
# 29 dekabr 2011 07:47 (UTC +04:00)
Maliyyə Nazirliyinin Dövlət Sığorta Nəzarəti Xidmətindən «APA-Economics»ə verilən məlumata görə, sığorta və lisenziyalaşdırma ilə bağlı qanunvericiliyə uyğun olaraq, «Royal Sığorta» ASC-yə sığorta fəaliyyəti üçün 5 il müddətinə lisenziya verilib.

Qeyd edək ki, nizamnamə kapitalı 5,5 mln. manat olan şirkətin hüquqi ünvanı Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsi, ev 174, mənzil 15-dir. Şirkətin təsisçiləri İlqar Aqil oğlu Əliyev, Famil İlham oğlu Teymurov, Vüqar Şahbaz oğlu Şahbazlı, Şahbaz Qara oğlu Şahbazov və Fuad Əli oğlu Camdır.

Şirkətin Müşahidə Şurasının üzvləri Şahbaz Qara oğlu Şahbazov, Famil İlham oğlu Teymurov, Fərman Məhət oğlu Hüseynli, qanuni təmsilçi isə Nüsrət Salman oğlu Babayevdir.

Qeyd edək ki, Famil Teymurov «Royal Bank»ın Müşahidə Şurasının üzvü, Fuad Əli oğlu Cam isə bankın baş direktorudur. Xatırladaq ki, Fuad Cam bankın Müşahidə Şurasının sədri Əli Camın oğludur.

Şirkət oktyabr ayının 11-də dövlət qeydiyyatına alınıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR