Bank Of Baku

«Qafqaz Leasing» yeni istiqraz emissiyasına hazırlaşır

«Qafqaz Leasing» yeni istiqraz emissiyasına hazırlaşır
# 29 dekabr 2011 07:57 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycan Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi (QKDK) «Qafqaz Leasing» ASC-nin faizli sənədsiz adlı təmin edilməmiş istiqrazlarının emissiya prospektini dövlət qeydiyyatına alıb.

QKDK-dan «APA-Economics»ə verilən məlumata görə, istiqrazların hər birinin nominal dəyəri 1 000 manat, sayı 2 000 ədəd, emissiyanın ümumi həcmi isə 2 mln. manat təşkil edir.

Birja mütəxəssislərinin fikrincə, «Qafqaz Leasing»in artıq yaxın vaxtlarda istiqrazların yerləşdirilməsinə başlayacağı gözlənilir.

Xatırladaq ki, «Qafqaz Leasing» şirkəti 2007-ci ilin oktyabr ayından fəaliyyət göstərir. Hazırda şirkətin nizamnamə kapitalı 2,828 mln. manat təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR