Bank Of Baku

Azərbaycanda daha bir sığorta şirkətinə müddətsiz lisenziya verilib

Azərbaycanda daha bir sığorta şirkətinə müddətsiz lisenziya verilib
# 29 dekabr 2011 10:55 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycan Maliyyə Nazirliyi «Başak-İnam» sığorta şirkətinə müddətsiz lisenziya verib.

Maliyyə Nazirliyinin Dövlət Sığorta Nəzarəti Xidmətindən «APA-Economics»ə verilən məlumata görə, sığorta və lisenziyalaşdırma ilə bağlı qanunvericiliyə uyğun olaraq, əvvəllər verilmiş lisenziyanın müddətinin başa çatması ilə əlaqədar «Başak-İnam» ASC-yə Maliyyə Nazirliyi tərəfindən sığorta fəaliyyəti üçün müddətsiz lisenziya verilib.

Qeyd edək ki, səhmdarları Fransanın «Groupama» (49%), «Turanbank» ASC (15%), «Azər-Türk Bank» (10%), «Aqrarkredit» bank olmayan kredit təşkilatı (1,2%) və fiziki şəxslər (24,8%) olan «Başak-İnam» sığorta şirkəti 1996-cı ildən fəaliyyət göstərir. Cari ilin dekabrın 1-nə şirkətin nizamnamə kapitalı 3,5 mln. manat təşkil edib. Şirkət müştərilərə 4 icbari və 27 könüllü sığorta növü üzrə xidmət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR