Bank Of Baku

Azərbaycan bank sistemində likvidlik ifrat həddə çatıb

Azərbaycan bank sistemində likvidlik ifrat həddə çatıb
# 29 dekabr 2011 11:06 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanda fəaliyyət göstərən kommersiya banklarında yerləşdirilmiş əhalinin əmanətlərinin ümumi həcmi 2011-ci ilin dekabrın 1-nə 3 830,1 mln. manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 33,5% çoxdur. Azərbaycan Mərkəzi Bankından «APA-Economics»ə verilən məlumata görə, cari ilin əvvəlindən əmanətlərin həcmi 26,4%, noyabrda isə 4,2% artıb.

Banklar üçün uzunmüddətli istifadə baxımından ən sərfəli olan əhalinin əmanətlərinin bu dərəcədə artması bankların likvidliyinə və kreditləşmə qabiliyyətinə müsbət təsir edir. Lakin bu il ərzində bankların kreditləşmədə fəaliyyətinin kəskin aşağı düşməsi nəticəsində əmanətlərin artması ilə onların resurs bazasının genişlənməsi müəyyən problemlər yaradıb. Belə ki, cəlb olunan vəsaitlərin yerləşdirilməsində çətinliklər çəkən bankların faiz xərcləri faiz gəlirlərindən daha sürətlə artıb ki, nəticədə bank sistemində gəlirliyin aşağı düşməsi müşahidə olunur.

Qeyd edək ki, bank sistemindəki ifrat likvidlik artıq Mərkəzi Bankı tərəfindən narahat edən məsələ kimi qeyd olunur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR