Bank Of Baku

Azərbaycan bank sistemində kreditləşmə sürətlə zəifləyir

Azərbaycan bank sistemində kreditləşmə sürətlə zəifləyir
# 29 dekabr 2011 12:54 (UTC +04:00)
Eyni zamanda, cari ilin əvvəlindən kredit portfelinin həcmi 7%, noyabrda isə 0,8% artıb. Kreditlərin artım tempinin əvvəlki illərlə müqayisədə kiçik olmasının əsas səbəbindən biri bu il ərzində banklar tərəfindən kreditləşməyə ehtiyatla yanaşması ilə bağlıdır. Belə ki, maliyyə böhranından sonrakı dövrdə Azərbaycanda fəaliyyət göstərən kommersiya bankları borcalanlara qarşı daha sərt tələblər irəli sürür və problemli kreditlərin həcminin və xüsusi çəkisinin azalmasına böyük önəm verir. Belə şəraitdə banklar yeni kreditlərin verilməsi sahəsində fəaliyyətini zəiflədib.

Qeyd edək ki, 2010-cu ildə bakların məcmu kredit portfeli 9%, 2009-cu ildə 17,3%, 2008-ci ildə 54,1% artıb. Göründüyü kimi, bu göstərici üzrə kəskin azalma tendensiyası müşahidə olunur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR