Bank Of Baku

Azərbaycanın daşınmaz əmlak sığortası bazarı 32% artıb

Azərbaycanın daşınmaz əmlak sığortası bazarı 32% artıb
# 29 dekabr 2011 13:49 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Bu ilin yanvar–noyabr aylarında Azərbaycanda daşınmaz əmlakın sığortası növü üzrə ümumilikdə 107,501 mln. manat həcmində sığorta haqqı toplanıb ki, bu da ötən ilin analoji dövrünün göstəricisi ilə müqayisədə 32% çoxdur.

«APA-Economics»in apardığı araşdırmaya görə, hesabat dövründə əmlak sığortası üzrə sığorta hadisələrinə görə aparılan ödənişlərin ümumi həcmi 33% artaraq 28,188 mln. manata çatıb.

Qeyd olunan dövrdə «Əmlakın yanğından və digər risklərdən sığortası» növü üzrə 25,487 mln. manatlıq sığorta haqqı toplanılıb ki, bu da ötən müvafiq dövrünün göstəricisi ilə müqayisədə 26% çoxdur. Bu növün məcmu sığorta haqlarında xüsusi çəkisi 13% təşkil edib. Həmçinin, «Əmlakın yanğından icbari sığorta» növü üzrə 7,136 mln. manat, qalan yığımlar isə əmlakla bağlı digər sığorta növlərini payına düşüb.

Aparılan araşdırmalar zamanı məlum olub ki, bazarda əmlak sığortası üzrə ən çox yığım «AXA-Mbask», «Atəşgah Sığorta», «Standard Insurance», «Azərsığorta», «AzSığorta» və Beynəlxalq Sığorta Şirkəti tərəfindən həyata keçirilib.

Xatırladaq ki, 2011-ci ilin yanvar-noyabr aylarında Azərbaycanda sığorta təşkilatlarının məcmu daxilolmaları 193,111 mln. manat, ödənişlər isə 55,948 mln. manat təşkil edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR