Bank Of Baku

Azərbaycanda birjadankənar əqdlər barədə məlumatlar ictimaiyyətə açıqlanacaq

Azərbaycanda birjadankənar əqdlər barədə məlumatlar ictimaiyyətə açıqlanacaq
# 29 dekabr 2011 13:56 (UTC +04:00)
Bu, yeni qəbul olunmuş «Adlı investisiya qiymətli kağızları ilə alqı-satqı əqdlərinin bağlanması Qaydaları»nda nəzərdə tutulur. Qiymətli Kağızlar Dövlət Komitəsinin təsdiqlədiyi sənəddə ən böyük dəyişiklik birjadankənar əqdlərlə bağlı məlumatların ictimaiyyətə açıqlanması ilə bağlıdır.

Komitədən «APA-Economics»ə verilən məlumata görə, birjadankənar əqdlər barədə məlumatların fond birjasına təqdim olunmasında məqsəd qiymətli kağızlar bazarında ədalətli qiymətlərin formalaşması, şəffaflığın artırılması və sui-istifadə hallarının aşkar edilməsidir.

Qaydalara əsasən, depozitarda saxlanılan və saxlanılmayan qiymətli kağızlarla birjadankənar əqdlər haqqında məlumat qiymətli kağızlar üzrə hüquqların ötürülməsinin qeydiyyatından sonra qeydiyyatı aparan depozitar və ya reyestr saxlayan tərəfindən 1 gün ərzində fond birjasına təqdim edilməlidir. Öz növbəsində fond birjası birjadankənar əqdlər haqqında məlumatları 1 gün ərzində öz internet səhifəsində hamının tanış ola bilməsi üçün açıqlamalıdır.

Birjadankənar əqdlər haqqında məlumat QKDK tərəfindən təsdiqlənmiş xüsusi formada təqdim edilməlidir. Bu formada əqdin bağlanma tarixi və yeri, qiymətli kağızın növü, qeydiyyat nömrəsi, sayı, emitentin adı, eləcə də nominal dəyəri və əqdin bağlanması qiyməti, əqdin ümumi məbləği kimi məlumatlar əksini tapmalıdır.

Qaydalara görə, bu məlumatlar BFB-də 5 il müddətində saxlanmalıdır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR