Azərbaycan prezidenti Dövlət Neft Fondunun 2012-ci il büdcəsini təsdiq edib
APA-nın verdiyi xəbər görə, fərmanda deyilir: “Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2012-ci il büdcəsini formalaşdırmaq və Fondun valyuta vəsaitinin səmərəli idarə edilməsini təmin etmək məqsədi ilə qərara alıram:
1. Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2012-ci il büdcəsinin gəlirləri 10 697 030,6 min manat, xərcləri 10 561 304,0 min manat məbləğində təsdiq edilsin.
2. Müəyyən edilsin ki, Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2012-ci il büdcəsinin gəlirləri aşağıdakı daxilolmalar hesabına formalaşır:
1.1 Gəlir mənbələri: Azərbaycan Respublikasının payına düşən karbohidrogenlərin satışından əldə edilən xalis gəlirlər (karbohidrogenlərin nəql edilməsi üzrə məsrəflər, bank, gömrük rəsmiləşdirilməsi, müstəqil nəzarət (sörveyer), marketinq və sığorta xərcləri çıxılmaq şərti ilə, habelə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin sərmayəçisi, payçısı və ya tərəfdaşı olduğu layihələrdə onun sərmayəsinə və ya iştirak payına düşən gəlirlər istisna olmaqla)
Gəlirlərin məbləği (min manat) 10 365 432,0
2.2. Karbohidrogen ehtiyatlarının işlənməsi ilə əlaqədar sərmayəçilər tərəfindən müqavilə sahəsindən istifadə üçün ödənilən akrhesabı ödənişlər - 3 342,8 min manat
2.3. Neftin və qazın Azərbaycan Respublikasının ərazisi ilə ötürülməsindən əldə edilən gəlirlər - 8 137,0 min manat
2.4. Azərbaycan Respublikası Dövlət Neft Fondunun aktivlərinin yerləşdirilməsindən və idarə olunmasından əldə edilən gəlirlər 319 218,8 min manat
2.5. Qanunvericiliyə uyğun olaraq digər gəlirlər və daxilolmalar - 900,0 min manat
Cəmi 10 697 030,6 min manat
3. Müəyyən edilsin ki, Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2012-ci il büdcəsinin xərcləri aşağıdakı məqsədlərə yönəldilir:
Qaçqınların və məcburi köçkünlərin sosial-məişət və məskunlaşma məsələləri ilə bağlı bəzi tədbirlərin maliyyələşdirilməsi - 110 000,0 min manat
Azərbaycan Respublikasının 2012-ci il dövlət büdcəsinə transfert - 9 905 000,0 min manat
Samur-Abşeron suvarma sisteminin yenidən qurulması layihəsinin maliyyələşdirilməsi - 200 000,0 min manat
Bakı-Tbilisi-Qars yeni dəmir yolu layihəsinin maliyyələşdirilməsi - 252 484,0 min manat
2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramının maliyyələşdirilməsi - 20 000,0 min manat
Azərbaycan Respublikası Dövlət Neft Fondunun idarə edilməsi ilə bağlı xərclər 73 820,0 min manat
Cəmi - 10 561 304,0 min manat
4. “2012-ci ildə Azərbaycan Respublikası Dövlət Neft Fondunun vəsaitinin istifadə edilməsinin əsas istiqamətləri (proqramı)” təsdiq edilsin.
5. “Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2012-ci ildə idarə edilməsi ilə bağlı xərclər smetası” təsdiq edilsin.
6. Azərbaycan Respublikasının Dövlət Neft Fondu bu Fərmandan irəli gələn məsələləri həll etsin”.
Maliyyə
Yapı Kredi Bank Azərbaycan yeni mobil tətbiqini istifadəyə verib
Azərbaycana daxil olan sürətli pul köçürmələrinin həcmi açıqlanıb
Ötən ay nağdsız ödənişlərin həcmi 8,7 mlrd. manat olub
Azərbaycanda ödəniş kartlarının sayı 12% artıb
Xəbər Lenti
ADY Çindən yeni sərnişin qatarları və vaqonları almağı planlaşdırır - FOTO
SEPAH yeni Hörmüz marşrutundan istifadə edən gəmiləri hədəf alacağı ilə hədələyir
Futbol üzrə dünya çempionatı Azərbaycanda keçiriləcək
İƏTPİ Konfransının 20-ci sessiyası başa çatıb, Bakı Bəyannaməsi qəbul edilib - YENİLƏNİB
Dövlət başçısı İlham Əliyev Sloveniya Prezidentini təbrik edib
Səməd Seyidov: AŞPA-nın qətnaməsi qərəzlidir, bu kağız parçasının heç bir əhəmiyyəti yoxdur
Dini konfessiya rəhbərləri Aşura günü ilə bağlı qanvermə aksiyasında iştirak edib - FOTO
Baku Steel Company V Daşkənd Beynəlxalq İnvestisiya Forumunda təmsil olunub
Bakı metrosunda qatarların hərəkət qrafiki dəyişdiriləcək
Citynet yeniləndi - hər kəs üçün daha da rahat olacaq
İyulda nazir və komitə sədrlərinin vətəndaş qəbulu CƏDVƏLİ
Yapı Kredi Bank Azərbaycan yeni mobil tətbiqini istifadəyə verib
Lənkəranda icarə avtomobili narkotikin təsiri altında idarə edən şəxs saxlanılıb
“Qızların təhsilinə dəstək” layihəsinin II Məzun Günü keçirilib
Naxçıvanda azyaşlı arabadan yıxılaraq ölüb
Neftçalada 62 yaşlı kişi evin zirzəmisində yıxılaraq ölüb
Aşura günü ilə bağlı qanvermə aksiyası davam edir, 225.45 litr qan toplanıb - FOTO - YENİLƏNİB
Qaradağda daş karxanasında 49 yaşlı kişi yıxılaraq ölüb
Azərbaycana daxil olan sürətli pul köçürmələrinin həcmi açıqlanıb
Ötən ay nağdsız ödənişlərin həcmi 8,7 mlrd. manat olub
Bilgəhdə 4 gün əvvəl dənizdə batan şəxsin meyiti tapılıb
Azərbaycanda ödəniş kartlarının sayı 12% artıb
Aşura günü ilə əlaqədar qanvermə aksiyasında indiyədək 486 donor iştirak edib
Masallıda çay kənarında çətənə kolları yetişdirən şəxs saxlanılıb
Xarici dövlətlərin fiziki və hüquqi şəxslərinin Azərbaycanın su bioresurslarından istifadə qaydası müəyyən ediləcək
APA TV-də XƏBƏRAPARAN - CANLI
Bankların xalis mənfəəti 29%-dən çox artıb
Toxumçuluq sahəsində yeni dövlət rüsumları olacaq
Toxumların ticarət dövriyyəsinə dair tələblər qoyulur
Balıqçılıq su obyektləri üzərində inşa edilmiş su təsərrüfatı obyektlərinin istismarına dair tələblər olacaq
Balıqçılıq məhsullarının yeni satış qaydası müəyyənləşir
Akvakultura fəaliyyəti üçün qeydiyyat şəhadətnaməsi və Biotexnoloji Layihə Sənədi tələb olunacaq
Akvakultura təsərrüfatlarının qeydiyyat şəhadətnaməsi üçün rüsum müəyyənləşir
“Balıqçılıq haqqında” yeni qanun layihəsi hazırlanıb, idarəetmə rəqəmsallaşdırılacaq, izlənmə mexanizmləri yaradılacaq
“Toxumçuluq haqqında” yeni qanun layihəsi hazırlanıb, Reyestr yaradılacaq
Yüksək nəsilli orijinal və elit toxumların istehsalına özəl sektor cəlb ediləcək
Bank sektorunun aktivləri 5%-ə yaxın artıb
“Bitcoin”in qiyməti 62 min dollardan aşağı düşüb
Mərdəkanda üç gün əvvəl dənizdə batan dördüncü gəncin də meyiti tapılıb
ABŞ Konqresində azərbaycanlıların Ermənistanda etnik təmizləməyə məruz qalmasına dair konfrans keçirilib - FOTO
Əmtəə bazarlarında qızıl cüzi bahalaşıb, gümüş isə ucuzlaşıb
Azərbaycan nefti 76 dollara ticarət olunur
Tramp ABŞ-ın Venesuelada zəlzələnin nəticələrinin aradan qaldırılmasına yardım etməyə hazır olduğunu bildirib
Venesuelada güclü zəlzələ olub, 32 nəfər ölüb - YENİLƏNİB - VİDEO
ABŞ-ın kommersiya neft ehtiyatları 413 mln. bareldən aşağı enib
Bu günün valyuta məzənnələri
Nyu-York birjasında təbii qazın qiyməti artıb
Dünya fond bazarlarının əsas indeks göstəriciləri
Dünya bazarlarında "WTI" neftinin qiyməti 70 dollardan aşağı enib
Bakıda bu yollarda sıxlıq var - SİYAHI