Bank Of Baku

Azərbaycanda bu il dövlət büdcəsindən 16 mln. manat həcmində sosial ipoteka kreditləri ayrılıb

Azərbaycanda bu il dövlət büdcəsindən 16 mln. manat həcmində sosial ipoteka kreditləri ayrılıb
# 30 dekabr 2011 08:34 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanın dövlət büdcəsindən ayrılmış vəsaitlər hesabına 2011-ci ildə 500 nəfərə 16 mln. manat həcmində sosial ipoteka krediti verilib. «APA-Economics»in məlumatına görə, bu barədə Azərbaycan Mərkəzi Bankının 2012-ci il üçün pul və maliyyə sabitliyi siyasətinin istiqamətləri barədə Bəyanatında deyilir.

Hesabat ilində ipoteka kreditləşməsi üçün bazar resurslarının cəlb olunması davam etdirilib. Bu il ərzində Azərbaycan İpoteka Fondu vasitəsilə müvəkkil kredit təşkilatları tərəfindən sosial ipoteka istisna olmaqla 2 000 nəfərə 77 mln. manat məbləğində ipoteka krediti verilib.

Mərkəzi Bankının məlumatına görə, beləliklə, hazırda ipoteka kreditlərindən (cəmi 342 mln. manat) faydalanan ailələrin sayı 8 750-ə çatıb: «İpoteka kreditləri üzrə portfel sağlam olub və kreditlər üzrə ödənişlərdə gecikmələr müşahidə edilmir».
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR