Bank Of Baku

Azərbaycan Hesablama Palatasının gələn il üçün İş Planı təsdiqlənib

Azərbaycan Hesablama Palatasının gələn il üçün İş Planı təsdiqlənib
# 30 dekabr 2011 10:46 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycan Hesablama Palatasının kollegiya iclasında Palatanın 2012-ci il üçün İş Planı təsdiq olunub. Palatadan «APA-Economics»ə verilən məlumata görə, planda nəzərdə tutulan maliyyə-büdcə nəzarəti tədbirləri və Palatanın fəaliyyətinin təşkili üzrə tədbirlər Hesablama Palatasının bütün fəaliyyət istiqamətlərini əhatə edir.

İclasda həmçinin, dövlət büdcəsinin mərkəzləşdirilmiş xərclərindən Təhsil Nazirliyinə «Ümumi dövlət xidmətləri» bölməsi üzrə Nazirliyin aparatının saxlanılmasına və «Təhsil» bölməsi üzrə Nazirliyə (o cümlədən, məktəbdənkənar müəssisələrə, internatlara, xüsusi rejimli internatlara, uşaq evlərinə və digər təhsil müəssisələrinə) ayrılan vəsaitlərin proqnozlaşdırılması və istifadəsi, habelə dövlət büdcəsinin mərkəzləşdirilmiş xərclərindən «Təhsil» bölməsi üzrə Azərbaycan Texnologiya Universitetinə ayrılan büdcə və büdcədənkənar vəsaitlərin proqnozlaşdırılması və istifadə olunması üzrə auditlərin nəticələrinə dair Hesabat və Rəylər müzakirə olunaraq təsdiq edilib və qəbul olunan qərarlar barədə parlamentə məlumatın verilməsi qərara alınıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR