Bank Of Baku

Azərbaycanda avronun rəsmi məzənnəsi 17 aylıq minimuma enib

Azərbaycanda avronun rəsmi məzənnəsi 17 aylıq minimuma enib
# 30 dekabr 2011 14:05 (UTC +04:00)
«APA-Economics»in hesablamalarına görə, bu, 17 aylıq minimum səviyyədir. Belə ki, sonuncu dəfə bu həddə məzənnə 2010-cu ilin iyulun 8-də müşahidə olunub:




Göründüyü kimi, avronun manata qarşı məzənnəsi bu müddət ərzində böyük dəyişkənlik nümayiş etdirib ki, bu da Avrozonada baş verən iqtisadi və siyasi proseslərin nəticəsidir. Cədvəldən göründüyü kimi, ən iri enmə bu ilin sentyabr ayında baş verib. Belə ki, həmin ay ərzində avro manata qarşı 7,2% ucuzlaşıb. Bunun əsas səbəbi kimi Avrozonada həmin vaxt borc böhranının yenidən kəskinləşməsi və Yunanıstanın defolt olması ehtimallarının möhkəmlənməsini qeyd etmək lazımdır. Bu fonda digər Avropa ölkələrinin Yunanıstana maliyyə dəstəyinin verilməsi barədə bir sıra qərar və bəyanatlar, Yunanıstan hökumətinin vəziyyəti sabitləşdirmək üçün qərarları istənilən nəticənin əldə olunması üçün imkan yaratmayıb.

Bundan əlavə, İtaliyada həmin problemlərin üzə çıxması vəziyyəti daha da kəskinləşdirib. Nəticədə, dünya bazarlarında avronun digər əsas valyutalara, xüsusən də ABŞ dollarına qarşı kəskin ucuzlaşması baş verib.

Qeyd edək ki, sentyabr ayı ərzində avronun dollara qarşı məzənnəsi 6,7% enib. Bu da öz növbəsində avro/manat məzənnəsinə birbaşa təsir edib. Bundan sonra böhranla mübarizə istiqamətində müəyyən səylər nəticəsində vəziyyət bir qədər sabitləşib və avro bahalaşıb, lakin noyabrın əvvəlində enmə tendensiyası yenidən bərpa olunub və o, hələ də davam etməkdədir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR