Bank Of Baku

Azərbaycanda mənzil sertifikatları ilə bağlı yeni qaydalar qəbul olunub

Azərbaycanda mənzil sertifikatları ilə bağlı yeni qaydalar qəbul olunub
# 30 dekabr 2011 14:20 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycan Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin qərarı ilə «Azərbaycan Respublikasında mənzil sertifikatlarının buraxılışı, tədavülü və ödənilməsi Qaydaları» təsdiq edilib. Artıq sənəd Azərbaycanın hüquqi aktlarının dövlət reyestrində uçota alınıb. Komitədən «APA-Economics»ə verilən məlumata görə, Qaydalar Azərbaycan ərazisində buraxılan mənzil sertifikatlarının buraxılışı, tədavülü və ödənilmə mexanizmini müəyyən edir.

Yeni Qaydalar qiymətli kağızlar vasitəsilə tikinti sektorunun effektiv maliyyələşdirilməsi sisteminin yaradılması, bazar iştirakçılarının risklərinin azaldılması və maksimal şəffaflığa nail olaraq investorların hüquqlarının qorunmasını təmin edəcək.

Bundan əlavə, bu mexanizm qiymətli kağızlar bazarından tikinti sektoruna vəsaitlərin cəlb edilməsinə, investorlara mənzil sertifikatlarının emitent barəsində ətraflı məlumatın təqdim edilməsi və tikintinin gedişi haqqında məlumatların açıqlanmasının təmin edilməsinə xidmət edəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR