Bank Of Baku

Azərbaycanda bankomatların sayı 12% artıb

Azərbaycanda bankomatların sayı 12% artıb
# 30 dekabr 2011 14:43 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycan ərazisində quraşdırılmış bankomatların ümumi sayı 2011-ci il dekabr ayının 1-nə 2 104 ədəd olub ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 225 ədəd və ya 12% çoxdur. Azərbaycan Mərkəzi Bankından «APA-Economics»ə verilən məlumata görə, cari ilin dekabrın 1-nə bankomatların 1 166-sı Bakı şəhərində, 938-i isə digər şəhər və rayonlarda yerləşir.

Dekabrın 1-nə Azərbaycan üzrə quraşdırılmış POS-terminalların sayı 12 778 ədəd olub ki, bunun 11 735-i Bakı şəhərində, 1 043-ü isə regionlarda yerləşir.

Mərkəzi Bankın məlumatına görə, dekabrın 1-nə ölkə üzrə dövriyyədə olan ödəniş plastik kartlarının sayı keçən ilin müvafiq dövrünə nisbətən 7,7% artaraq 4 535 minə çatıb. Bankomatlar və POS-terminallar vasitəsilə ödəniş kartları ilə aparılan əməliyyatların sayı 4 071 min ədəd olub və onlardan 93,6%-i debet kartlarının payına düşür.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR