Bank Of Baku

Azərbaycan Mikromaliyyə Assosiasiyası illik təltif etmə mərasimi keçirəcək

Azərbaycan Mikromaliyyə Assosiasiyası illik təltif etmə mərasimi keçirəcək
# 04 yanvar 2012 11:17 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev - APA-Economics. Azərbaycan Mikromaliyyə Assosiasiyası (AMA) bu il yanvarın 27-də ölkədə maliyyə sektorunun, onun qanunvericilik, istitusional əsaslarının və insan resurslarının inkişafına dəstək vermiş təşkilatların və ayrı-ayrı şəxslərin əməyini qiymətləndirmək üçün illik təltif etmə mərasimi keçirəcək.

AMA-dan «APA-Economics»ə verilən məlumata görə, tədbirdə AMA-nın inkişafı və güclənməsində, müvafiq standartların yaradılmasında və assosiasiyanın davamlı inkişaf edən təşkilat kimi formalaşmasında köməkliyə görə dövlət qurumları və digər şəxslər mükafatlandırılacaq.

Qeyd edək ki, hazırda quruma üzv olan təşkilatların sayı 29-a, o cümlədən bankaların sayı 9-a, lizinq şirkətlərinin sayı 2-yə və mikro-maliyyə təşkilatlarının sayı isə 16-ya çatıb.

Xatırladaq ki, AMA 2001-ci ildən fəaliyyət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR