Bank Of Baku

«Atəşgah Sığorta» bu ilin sığorta haqları üzrə proqnozlarını açıqlayıb

«Atəşgah Sığorta» bu ilin sığorta haqları üzrə  proqnozlarını açıqlayıb
# 04 yanvar 2012 10:39 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev - APA-Economics. Azərbaycanın «Atəşgah Sığorta» şirkəti 2012-ci il üçün 26 mln. manat həcmində sığorta haqqının yığılacağını proqnozlaşdırır.

Şirkətin baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, bu il ərzində yığılacaq sığorta haqlarının ötən ilin yığımlarından təxminən 45% çox olacağı gözlənilir.

Şirkətdən bildirilib ki, «İcbari sığortalar haqqında» qanunun tətbiqindən sonra «Atəşgah Sığorta» şirkəti üzrə, hətta sığorta bazarında ciddi artım müşahidə olunacaq.

Xatırladaq ki, «Atəşgah» şirkəti 1997-ci ildən fəaliyyət göstərir. Şirkətin səhmdarları rolunda «İSR Holding» (63%), «RanExim» şirkəti (27%) və ARDNŞ (10%) çıxış edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR