Bank Of Baku

Yunanıstanın baş naziri: “Mart ayında ölkəni defolt gözləyir”

Yunanıstanın baş naziri: “Mart ayında ölkəni defolt gözləyir”
# 05 yanvar 2012 07:57 (UTC +04:00)
Bakı - APA-Economics. Yunanıstanın baş naziri Lukas Papadimos bəyan edib ki, bu ilin mart ayında ölkəni defolt gözləyir.

APA-Economics”in BBC-yə istinadən xəbərinə görə, baş nazir deyib ki, ölkənin həmkarlar ittifaqlarının rəhbərləri əməkhaqlarının bundan sonrakı ixtisarlarına dair razılığa gələ bilməsələr, beynəlxalq kreditorlar Yunanıstana yardım ayrılmasından imtina edəcəklər.

“Nəticədə ölkə iqtisadiyyatının xilas planı fəaliyyətini dayandıracaq və Yunanıstan borclarını ödəyə bilməyəcək” - deyə L.Papadimos qeyd edib.

Öz növbəsində həmkarlar ittifaqlarının liderləri əməkhaqlarının bundan sonrakı ixtisarlarına razılaşmaq niyyətində olmadıqlarını bəyan ediblər.

Xatırladaq ki, avrozonada böhran 2009-cu ildə Yunanıstandan başlayıb. Sonradan böhran İtaliya, İspaniya, İrlandiya və Portuqaliyanı da əhatə edib. Avropa İttifaqının “zəif bəndi” sayılan Yunanıstanın özəl və milli kreditorlar qarşısında dövlət borcu hazırda 340 mlrd. avro (adambaşına 31 min avro) təşkil etməklə Avropanın bütün vergi ödəyiciləri üçün ağır yükə çevrilib. Hesablamalara görə, hər bir avropalı dolayı yolla Afinaya 535 avro kömək edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR