Bank Of Baku

Azərbaycanda bankların mənfəəti azalıb

Azərbaycanda bankların mənfəəti azalıb
# 05 yanvar 2012 09:10 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanda fəaliyyət göstərən kommersiya banklarının 2011-ci ilin yanvar-noyabr ayları ərzində fəaliyyəti nəticəsində bank sistemi üzrə 121,17 mln. manat həcmində vergi ödənilənədək mənfəət yaranıb. Azərbaycan Mərkəzi Bankından «APA-Economics»ə verilən məlumatına görə, 2010-cu ilin yanvar-noyabr aylarının göstəricisi ilə müqayisədə əldə edilmiş mənfəət 1,7 mln. manat və ya 1,4% azalıb.

Qeyd edək ki, yanvar-oktyabr ayları ərzində bankların mənfəəti 117,08 mln. manat təşkil edib. Yəni, noyabr ayında banklar mənfəətlə işləyib.

Yanvar-noyabr aylarında bankların faiz gəlirləri 1 000,94 mln. manat, faiz xərcləri 533,73 mln. manat təşkil edib və nəticədə faiz mənfəəti 467,21 mln. manata bərabər olub. Eyni zamanda, bankların qeyri-faiz gəlirləri 281,22 mln. manat, qeyri-faiz xərcləri isə 471,66 mln. manat təşkil edib ki, bunun nəticəsində qeyri-faiz əməliyyatları üzrə 190,44 mln. manata bərabər olan zərər yaranıb.

Qeyd edək ki, 2010-cu ilin yanvar-noyabr ayları ilə müqayisədə faiz mənfəəti 1,2%, qeyri-faiz zərəri 19,1%, o cümlədən, faiz gəlirləri 3,4%, faiz xərcləri 6,3%, qeyri-faiz əməliyyatları üzrə isə gəlirlər 18,4%, xərclər 18,7% artıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR