Bank Of Baku

Azərbaycanda bankların xarici öhdəliklərinin azalması davam edir

Azərbaycanda bankların xarici öhdəliklərinin azalması davam edir
# 05 yanvar 2012 11:50 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanda fəaliyyət göstərən kommersiya banklarının məcmu xarici öhdəlikləri son bir ildə 125,6 mln. manat və ya 5,1% azalaraq 2011-ci il dekabrın 1-nə 2 343,5 mln. manat təşkil edib.

Azərbaycan Mərkəzi Bankından «APA-Economics»ə verilən məlumata görə, ilin əvvəlindən xarici öhdəliklər üzrə 126,9 mln. manat və ya 5,1%, noyabr ayında isə 28,5 mln. manat və ya 1,2% azalma baş verib.




Eyni zamanda, bankların məcmu xarici aktivlərinin həcmi 2011-ci il dekabrın 1-nə 1 689,0 mln. manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 156,9 mln. manat və ya 10,2% çoxdur. Cari ilin əvvəlindən bu göstərici üzrə 2,9 mln. manat və ya 0,2%, noyabrda isə 52,7 mln. manat və ya 3% azalma müşahidə olunub.

Nəticədə, kommersiya banklarının xarici maliyyə əməliyyatlarında 654,5 mln. manatlıq mənfi saldo yaranıb ki, bu da illik müqayisədə 30,2% azdır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR