Bank Of Baku

Azərbaycanda bank depozitləri 29% artıb

Azərbaycanda bank depozitləri 29% artıb
# 05 yanvar 2012 12:55 (UTC +04:00)
Azərbaycan Mərkəzi Bankından «APA-Economics»ə verilən məlumata görə, bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 1 976,9 mln. manat və ya 28,6%, təkcə bu ilin noyabr ayında isə 185 mln. manat və ya 2,1% artıb.

Depozitlərin tərkibində 3 830,1 mln. manat və ya 43,1% ev təsərrüfatlarının əmanətlərinin payına düşür. Əmanətlərin həcmi son bir ildə 961,7 mln. manat və ya 33,5% artıb.

Eyni zamanda, hüquqi şəxslərin depozitlərinin həcmi dekabrın 1-nə 5 062,7 mln. manata bərabər olub. Bu göstərici son bir ildə 1 015,2 mln. manat və ya 25,1% artıb.

Depozitlərin strukturunda 2 459,7 mln. manatı və ya 48,6%-i maliyyə təşkilatlarının depozitləri, 2 603,0 mln. manatı və ya 51,4%-i qeyri-maliyyə təşkilatlarının depozitləri təşkil edir.

Noyabr ayında ümumi depozitlərdə baş verən artımın səbəbi əmanət və qeyri-maliyyə təşkilatlarının depozitlərinin artım həcminin maliyyə təşkilatlarının depozitlərinin azalması həcmini üstələnməsi ilə bağlı olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR