Bank Of Baku

Çinin ticarət profisiti ötən il 23 mlrd. dollar azalıb

Çinin ticarət profisiti ötən il 23 mlrd. dollar azalıb
# 05 yanvar 2012 13:15 (UTC +04:00)
Bakı - APA-Economics. Çinin ticarət profisiti ötən il 23 mlrd. dollar azalaraq 160 mlrd. dollar təşkil edib. “APA-Economics”in “Agence France-Presse”yə istinadən xəbərinə görə, bu barədə Çinin ticarət naziri Çen Demin bildirib.

Onun sözlərinə görə, profisitin azalması xarici bazarlarda, xüsusən ABŞ və Avropada tələbatın əhəmiyyətli dərəcədə azalması səbəbindən baş verib.

Bundan başqa, Çindən ixracın azalmasına yuanın kursunun yüksəlməsi də təsir edir. Ötən ay yuanın kursu rekord vurub - 1 dollar 6,35 yuana qədər ucuzlaşıb. Son iki ildə isə Çin valyutası 10% bahalaşıb.

Qeyd edək ki, 2011-ci ildə Çinin ticarət dövriyyəsinin həcmi 20% artaraq 3,6 trln. dollar təşkil edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR