Bank Of Baku

Dekabrda BBVB-nin valyuta dövriyyəsi 3 dəfə artıb

Dekabrda BBVB-nin valyuta dövriyyəsi 3 dəfə artıb
# 11 yanvar 2012 14:47 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Ötən ilin dekabr ayında Bakı Banklararası Valyuta Birjasının (BBVB) valyuta bölməsində keçirilən 44 ticarət sessiyasında 50 alqı-satqı əqdi qeydə alınıb. Ümumilikdə, bu əməliyyatlarda 13 bank təşkilatı iştirak edib.

BBVB-dən «APA-Economics»ə verilən məlumata görə, hesabat ayında valyuta bölməsində keçirilən elektron əməliyyatlarının həcmi 201,606 mln. manat və ya dollar ekvivalentində 256,590 mln. təşkil edib ki, bu da 2011-ci ilin noyabr ayı ilə müqayisədə 128,910 mln. manat və ya 2,8 dəfə çoxdur.

Hesabat ayında həmçinin Birja Elektron Ticarət Sistemində (BEST) USD/AZN üzrə orta gündəlik dövriyyə təxminən 5,832 mln. dollara çatıb, halbuki hər əqdin orta həcmi 5,132 mln. dollar təşkil edib.

Eyni zamanda, dekabr ayında BBVB-nin valyuta bölməsində keçirilən hərraclar üzrə qabaqcıl bankların beşliyi müəyyənləşdirilib. Hərracların ümumi həcmində ən yüksək paya «Amrahbank» (35,16%), «Azərbaycan Sənaye Bankı» (25,65%) Azərbaycan Beynəlxalq Bankı (17,54%), «Xalq Bank» (6,78%) və «Paşa Bank» (6,57%) malik olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR