Bank Of Baku

Azərbaycan sığorta bazarı ötən il 37% artıb

Azərbaycan sığorta bazarı ötən il 37% artıb
# 12 yanvar 2012 09:53 (UTC +04:00)
Maliyyə Nazirliyindən «APA-Economics»ə verilən məlumata görə, hesabat ilində həyata keçirilən sığorta ödənişlərinin ümumi həcmi 14,4% artaraq 61,567 mln. manat təşkil edib.

Bu müddət ərzində həyat sığortası üzrə daxilolmaların həcmi 2,5 dəfə artaraq 3,653 mln. manat, qeyri-həyat sığortası üzrə 28% artaraq 157,348 mln. manat, icbari sığorta növləri üzrə isə 66% artaraq 51,981 mln. manat olub.

Ödənişlərə gəldikdə isə həyat sığortası üzrə 177,630 min manat (46,6% azalma), qeyri-həyat sığortası üzrə 51,497 mln. manat (15% artım), icbari sığorta növləri üzrə isə 9,892 mln. manat (16% artım) həcmində ödəniş aparılıb.

Bundan başqa, daxilolmaların strukturunda ən çox sığorta haqqı «Avtonəqliyyat vasitələrinin sığortası» (44,864 mln. manat), «Əmlakın yanğından və digər risklərdən sığortası» (29,757 mln. manat), «Tibbi sığorta» (28,414 mln. manat) və «Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası» (15,866 mln. manat) növləri üzrə toplanıb.

Ödənişlərdə isə ən çox vəsait «Tibbi sığorta» (19,273 mln. manat), «Avtonəqliyyat vasitələrinin sığortası» (15,809 mln. manat), «Hava nəqliyyatı vasitələrinin sığortası» (9,037 mln. manat) və «Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası» (7,109 mln. manat) növləri üzrə ödənilib.

Qeyd edək ki, Azərbaycanda 27 sığorta təşkilatı fəaliyyət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR