Bank Of Baku

Azərbaycanda nağd avronun satışı kəskin artıb

Azərbaycanda nağd avronun satışı kəskin artıb
# 12 yanvar 2012 10:06 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanda əhali tərəfindən 2011-ci il yanvar-noyabr ayları ərzində banklar vasitəsi ilə satılmış nağd avro kütləsinin həcmi 196,5 mln. avro, alışın həcmi isə 1 197,7 mln. avro təşkil edib.

Azərbaycan Mərkəzi Bankından «APA-Economics»ə verilən məlumata görə, 2010-cu ilin yanvar-noyabr ayları ilə müqayisədə satışın həcmi 2,2 dəfə, alış isə 34,3% artıb.

Azərbaycanda nağd avronun əhali tərəfindən satışının artması ilk növbədə avronun məzənnəsinin aşağı düşməsi ilə bağlıdır. Belə ki, bu halda əhali tərəfindən əvvəllər alınmış nağd avro kütləvi olaraq satışa çıxarılır. Nağd avronun alışı isə əsasən Avrozonaya səfərlərlə bağlıdır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR