Bank Of Baku

Rusiyanın ticarət profisiti ötən il 29% artıb

Rusiyanın ticarət profisiti ötən il 29% artıb
# 12 yanvar 2012 10:36 (UTC +04:00)
Bakı - APA-Economics. Rusiyanın ticarət balansının profisiti 2011-ci ildə 29% artaraq 198,1 mlrd. dollara yüksəlib. “APA-Economics”in xəbərinə görə, bu barədə Rusiya Mərkəzi Bankı açıqlama yayıb.

Hesabat dövründə cari əməliyyatların müsbət saldosu 101,1 mlrd. dollar təşkil edib ki, bu da 2010-cu il göstəricisindən 43,8% çoxdur.

Rusiyadan ixracın həcmi 521,4 mlrd. dollar (+30,2%), idxalın həcmi isə 323,3 mlrd. dollar (+30%) olub.

Rusiyadan özəl kapitalın axını 2,5 dəfə artaraq 84,2 mlrd. dollara, kapitalın banklar vasitəsilə axını isə 15,9 mlrd. dollardan 26,2 mlrd. dollara yüksəlib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR