Bank Of Baku

İTM: Azərbaycanda illik inflyasiya 12%-i ötüb

İTM: Azərbaycanda illik inflyasiya 12%-i ötüb
# 12 yanvar 2012 12:35 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. İqtisadi Tədqiqatlar Mərkəzi (İTM) Azərbaycanın 10 regionunda 2011-ci ilin dekabr ayı və bütövlükdə ötən il ərzində apardığı qiymətlərin statistik müşahidəsinin nəticələrini açıqlayıb.

İTM-dən «APA-Economics»ə verilən məlumata göprə, 2011-ci ilin dekabr ayında Azərbaycanda istehlak qiymətləri 0,76% artıb. Bu zaman ərzaq məhsulları 1,05%, xidmətlər 1,30% bahalaşıb, qeyri-ərzaq məhsulları isə 0,29% ucuzlaşıb.

Ötən ilin noyabr ayına nisbətən dekabrda paytaxt və regionlar üzrə istehlak qiymətləri indeksinin dəyişməsinə gəlincə, Bakıda qiymətlər 1,08%, regionlarda 0,44% artıb. O cümlədən, ərzaq məhsulları Bakıda 1,53%, regionlarda 0,59% bahalaşıb, qeyri-ərzaq məhsulları Bakıda 0,73% ucuzlaşıb, regionlarda isə 0,14% bahalaşıb. Xidmətlərin dəyəri isə dekabrda Bakıda 2,20%, regionlarda 0,41% artıb.

Əvvəlki ilin eyni dövrü ilə müqayisədə Azərbaycanda 12,03% bahalaşma qeydə alınıb. Bu zaman Bakıda qiymətlər 15,76%, regionlarda isə 8,46% artıb. Qeyd olunan dövrdə ən yüksək inflyasiya ərzaq məhsullarında (19,35%) olub. Qeyri-ərzaq məhsullarında artım 2,64%, xidmətlərdə isə 5,73% təşkil edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR