Bank Of Baku

Azərbaycanda dolların birja məzənnəsi dekabrda 0,05% enib

Azərbaycanda dolların birja məzənnəsi dekabrda 0,05% enib
# 12 yanvar 2012 12:59 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Ötən ilin dekabr ayı ərzində Bakı Banklararası Valyuta Birjasında (BBVB) USD/AZN_TOD aləti üzrə Azərbaycan manatının ABŞ dollarına qarşı məzənnəsi 0,05% yüksəlib.

BBVB-dən «APA-Economics»ə verilən məlumata görə, hesabat ayında ABŞ dollarının məzənnəsi 0,7861 AZN-dən 0,7857 AZN-dək enib. Nəticədə, milli valyutanın dollara qarşı nisbi ortaölçülü birja məzənnəsi dekabr ayında 0,7857 AZN-ə bərabər olub. Halbuki, noyabr ayında bu göstərici 0,7861 AZN təşkil edib.

Xatırladaq ki, bu ilin dekabr ayında BBVB-nin valyuta bölməsində keçirilən 44 ticarət sessiyasında 13 bankın iştirakı ilə 201,606 mln. manat həcmində 50 alqı-satqı əqdi qeydə alınıb. Bu isə noyabr ayı ilə müqayisədə 2,8% çoxdur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR