Bank Of Baku

BBVB-nin valyuta dövriyyəsi ötən il 30% artıb

BBVB-nin valyuta dövriyyəsi ötən il 30% artıb
# 12 yanvar 2012 14:10 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Ötən il Bakı Banklararası Valyuta Birjasının (BBVB) valyuta bölməsində keçirilən 484 ticarət sessiyasında 23 bank təşkilatı iştirak edib.

BBVB-dən «APA-Economics»ə verilən məlumata görə, hesabat ilində valyuta bölməsində keçirilən elektron əməliyyatlarının həcmi 1,010 mlrd. manat təşkil edib. Bu isə 2010-cu illə müqayisədə 300 mln. manat manat və ya 30% çoxdur.

Hesabat ilində Birja Elektron Ticarət Sistemində (BEST) USD/AZN üzrə dövriyyənin ümumi həcmi 993,549 mln. manat (1,259 mlrd. ABŞ dolları) təşkil edib ki, bu da 2010-cu illə müqayisədə 40,3% çoxdur.

EUR/AZN aləti üzrə isə 2011-ci ildə qeydə alınan əqdlərin həcmi 16,336 mln. manat (14,410 avro) təşkil edib ki, 2010-cu illə müqayisədə sözügedən alət üzrə bağlanılan əqdlərin həcmi 6,8 dəfə artıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR