Bank Of Baku

«Expressbank»ın Bakıda yeni filial və şöbəsini istifadəyə verib

«Expressbank»ın Bakıda yeni filial və şöbəsini istifadəyə verib
# 13 yanvar 2012 06:51 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «Expressbank» ASC Bakı şəhərində yeni, «Mərkəz» adlı filialını açıb. Filial paytaxtın Ə.Əlizadə küçəsi,10 ünvanında yerləşir.

Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, filialda fərdi və korporativ müştərilərə hesabların açılması, depozitlərin qəbulu, istehlak, avtomobil və biznes kreditlərinin verilməsi, bank kartları ilə əməliyyatlar, kommunal və mobil rabitə ödənişləri, valyuta mübadiləsi ilə yanaşı digər bütün növ bank xidmətləri göstərilir.

Bank eyni zamanda müştərilərin rahatlığını nəzərə alaraq şəhərin mərkəzində (Bülbül prospekti,29) 1 saylı Bakı şöbəsini də istifadəyə verib.

Burada müştərilər yüksək dərəcəli peşəkar mütəxəssislərin köməyi ilə bütün növ bank xidmətlərindən yararlana biləcəklər. Müştəri məmnunluğunun təmin edilməsi, onlara daha rahat və sürətli xidmət göstərmək, o cümlədən əməliyyatçıların xidmət keyfiyyətinin ölçülməsi məqsədi ilə həm filial, həm də şöbədə «Q-Matic» sistemi tətbiq edilib.

Ümumilikdə, hazırda «Expressbank»ın respublikanın müxtəlif regionlarını əhatə edən 10 filialı və 4 şöbəsi fəaliyyət göstərir, həmçinin 49 bankomatı və 22 POS-terminalı var.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR