Bank Of Baku

ABŞ prezidenti dövlət borcunun yuxarı həddinin artırılması üçün yenidən Konqresə müraciət edəcək

ABŞ prezidenti dövlət borcunun yuxarı həddinin artırılması üçün yenidən Konqresə müraciət edəcək
# 13 yanvar 2012 09:05 (UTC +04:00)
Bakı - APA-Economics. ABŞ prezidenti Barak Obama dövlət borcunun yuxarı həddinin növbəti dəfə artırılması haqqında Konqresə müraciət edəcək. “APA-Economics”in “Reuters”ə istinadən xəbərinə görə, bu barədə Ağ Evin sözçüsü Cey Karni açıqlama verib.

Onun sözlərinə görə, dövlət borcunun yuxarı həddinin 1,2 trln. dollara yüksəldilməsi artıq qaçılmazdır.

Növbəti iclası yanvarın 17-nə təyin olunan Konqresin prezidentin təklifini dəstəkləyəcəyi gözlənilir. Çünki B.Obama 2011-ci ilin avqustunda demokratlar və respublikaçıların əldə etdiyi razılıq əsasında hərəkət edir.

Qeyd edək ki, ötən il avqustun 2-də ABŞ-ın texniki defolt elan etməsinə saatlar qalmış prezident Obama dövlət borcunun yuxarı həddinin artırılması və dövlət xərclərinin azaldılması haqqında qanunu imzalayıb. Sənəd 10 il ərzində federal büdcənin kəsirinin 2,1 trln. dollar azaldılmasını nəzərdə tutur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR