Bank Of Baku

Azərbaycanın daşınmaz əmlak sığortası bazarı ötən il 30% artıb

Azərbaycanın daşınmaz əmlak sığortası bazarı ötən il 30% artıb
# 13 yanvar 2012 11:27 (UTC +04:00)
«APA-Economics»in apardığı araşdırmaya görə, hesabat ilində əmlak sığortası üzrə sığorta hadisələrinə görə həyata keçirilən ödənişlərin həcmi 15% artaraq 30,516 mln. manata çatıb.

Bundan başqa, ötən il ərzində «Əmlakın yanğından və digər risklərdən sığortası» növü üzrə 29,757 mln. manatlıq sığorta haqqı toplanılıb ki, bu da ötən müvafiq dövrünün göstəricisi ilə müqayisədə 30% çoxdur. Bu daxilolmaların daşınmaz əmlakın sığortası üzrə məcmu sığorta haqlarında xüsusi çəkisi 25% təşkil edib.

Həmçinin, «Əmlakın yanğından icbari sığortası» növü üzrə 7,115 mln. manat, qalan yığımlar isə əmlakla bağlı digər sığorta siniflərinin payına düşüb.

Aparılan araşdırmada məlum olub ki, əmlak sığortası bazarında «AXA-Mbask», «Atəşgah Sığorta», «Standard Insurance», «Azərsığorta», «AzSığorta» və Beynəlxalq Sığorta Şirkəti daha yüksək fəallıq göstərir.

Xatırladaq ki, 2011-ci ildə Azərbaycanda sığorta təşkilatları tərəfindən toplanan sığorta haqlarının ümumi həcmi 212,982 mln. manat, ödənişləri isə 61,567 mln. manat olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR