Bank Of Baku

Çinin qızıl-valyuta ehtiyatları son 14 ildə ilk dəfə olaraq azalıb

Çinin qızıl-valyuta ehtiyatları son 14 ildə ilk dəfə olaraq azalıb
# 13 yanvar 2012 12:49 (UTC +04:00)
Bakı - APA-Economics. Çinin beynəlxalq ehtiyatları ötən ilin IV rübündə 20 mlrd. dollar azalaraq 3,18 trln. dollara enib. “APA-Economics”in “Bloomberg”ə istinadən xəbərinə görə, bu, 1998-ci ilin II rübündən bəri ilk azalmadır.

Çinin ehtiyatlarının azalması kapitalın dollar aktivlərinə axını və valyuta ehtiyatlarının (dollar ehtiyatları istisna olmaqla) yenidən qiymətləndirilməsi ilə bağlıdır. Belə ki, IV rübdə avronun dollara məzənnəsi 3,2% azalıb ki, bu da ehtiyatlara ciddi təsir edib.

Ehtiyatların azalması Çini ABŞ və Avropanın tələb etdiyi yuanın revalvasiyasından imtina etməyə məcbur edə bilər.

Qeyd edək ki, ötən ilin oktyabrında Çinin valyuta ehtiyatları 3,27 trln. dollar təşkil etməklə tarixi maksimuma çatıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR