Bank Of Baku

Azərbaycan Bank Tədris Mərkəzi yanvarda keçiriləcək kursların tarixini açıqlayıb

Azərbaycan Bank Tədris Mərkəzi yanvarda keçiriləcək kursların tarixini açıqlayıb
# 13 yanvar 2012 12:52 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycan Bank Tədris Mərkəzi (ABTM) bu ilin yanvar ayında keçiriləcək kursların adalarını və vaxtını açıqlayıb.

ABTM-dən «APA-Economics»ə verilən məlumata görə, yanvarın 21-28-də «Hesabların açılması, aparılması və bağlanması», yanvarın 23-25-də «Problemli kreditlərin idarə edilməsi» və «Pulların yuyulması və terrorizmin maliyyələşməsinə qarşı mübarizə tədbirləri» mövzusunda kurs keçiriləcək. Qeyd olunan kurslarda iştirak haqqı 200-300 manat təşkil edir.

ABTM plandan əlavə təşkil olunacaq açıq kursların adlarını da açıqlayıb. Belə ki, yanvarın 23-27-də bank filiallarının menecerləri üçün (1 iştirakçı üçün 800 manat), yanvarın 25-27-də bank filialının baş mühasibləri üçün (360 manat), yanvarın 23-27-də «COBIT standartlarının əsasları və praktiki tətbiqi» kursu (500 manat) keçiriləcək.

Qeyd edək ki, bank filiallarının menecerləri və baş mühasiblər üçün kurslar bölgələrdəki filiallar üçün nəzərdə tutulur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR