Bank Of Baku

ABŞ İranla ticarət əlaqələrinə görə Çin, Sinqapur və BƏƏ şirkətlərinə qarşı sanksiyalar tətbiq edib

ABŞ İranla ticarət əlaqələrinə görə Çin, Sinqapur və BƏƏ şirkətlərinə qarşı sanksiyalar tətbiq edib
# 13 yanvar 2012 14:34 (UTC +04:00)
«APA-Economics»in məlumatına görə, sanksiyalar ilk növbədə ABŞ-dan ixrac lisenziyasının alınmasına qadağanı nəzərdə tutur.

Bundan əlavə, həmin qurumlar ABŞ-ın İdxal-İxrac Bankından («Eximbank») kreditlər, ölkənin digər maliyyə qurumlarından isə 10 mln. dollardan artıq kreditlər ala bilməyəcək.

Qeyd edək ki, ABŞ İranın enerji sektorunu təcrid etməyə çalışır, çünki neft mənfəətinin ölkənin nüvə proqramının inkişafına dəstək ola biləcəyi ehtimal edilir. Bununla bağlı ABŞ dünya ölkələrinə İranın enerji sektoru ilə əməkdaşlığı dayandırmağa çağırıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR