Bank Of Baku

Standard and Poor’s 9 Avropa ölkəsinin reytinqini endirib

Standard and Poor’s 9 Avropa ölkəsinin reytinqini endirib
# 14 yanvar 2012 02:46 (UTC +04:00)
Bakı-APA. Beynəlxalq reytinq agentliyi Standard and Poor’s avrozonanın 17 ölkəsindən 9-nun kredit reytinqlərini aşağı salıb. Onların arasında Fransa, İtaliya və İspaniya da var.

Almaniya, Finlandiya, Lüksemburq və Niderland ən yüksək «AAA» kredit reytinqini qoruyub saxlayıblar. Almaniyanın reytinqinin proqnozu «stabil», digər 3 ölkəninki isə «neqativ»dir.

Avropa Birliyinin ikinci böyük iqtisadiyyatı olan Fransa ən yüksək kredit reytinqindən məhrum olub. Onun reytinqi «AA+» səviyyəsinədək endirilib. Proqnoz isə «neqativ»dir. Beləliklə, agentlik Fransanın kredit reytinqinin getdikcə aşağı düşəcəyini istisna etmir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR