Bank Of Baku

Ötən il Azərbaycanda könüllü avtomobil sığortası üzrə yığımların həcmi 23% artıb

Ötən il Azərbaycanda könüllü avtomobil sığortası üzrə yığımların həcmi  23% artıb
# 14 yanvar 2012 08:24 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Ötən il ərzində Azərbaycanda könüllü avtomobil sığortası üzrə ümumilikdə 44,865 mln. manat həcmində sığorta haqı toplanılıb ki, bu da əvvəlki ilin yəni 2010-cu ilin analoji növ üzrə göstəricisi ilə müqayisədə 23% çoxdur.

«APA-Economics»in apardığı araşdırmaya görə, hesabat ilində avtomobil sığortası hadisələrinə görə verilən ödənişlərin həcmi 6,4% artaraq 15,809 mln. manata çatıb.

Bundan başqa, ötən il ərzində «Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası» növü daxilolmaların həcmi 4,343 mln. manat olub ki, bu da analoji növ üzrə əvvəlki ilin göstəricisindən 17% çox olub. İcbari avtomobil sığorta üzrə verilən sığorta ödənişlərinin həcmi isə 51% artaraq 1,009 mln. manata çatıb.

Qeyd edək ki, könüllü avtomobil sığortası üzrə toplanan yığımların həcmi bazar üzrə məcmu sığorta haqqında xüsusi çəkisi 21%, icbari avtomobil sığortası növünün payı isə 2% təşkil edib.

Aparılan araşdırmada məlum olub ki, bazarda avtomobil sığortası üzrə ən çox yığım «AXA Mbask», «Atəşgah sığorta», «Standard Insurance», «Azərsığorta», «AzSığorta» Beynəlxalq Sığorta Şirkətinin payına düşüb.

Xatırladaq ki, 2011-ci ildə Azərbaycanda sığorta təşkilatları tərəfindən toplanan sığorta haqlarının həcmi 212,982 mln. manat, ödənişlərin həcmi isə 61,567 mln. manat olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR