Bank Of Baku

“FİNCA Azerbaijan”ın filiallarda yeni kassalar istifadəyə verib

“FİNCA Azerbaijan”ın filiallarda yeni kassalar istifadəyə verib
# 14 yanvar 2012 11:52 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev-APA-Economics. «FİNCA Azerbaijan» bank olmayan kredit təşkilatı filiallarda müştərilərinə daha cəld və keyfiyyətli xidmət göstərmək üçün yeni kassalar istifadəyə verib.

Təşkilatdan “APA-Economics”ə verilən məlumata görə, Şabran, Sumqayıt, Cəlilabad, Qazax, Zaqatala və Bərdə filiallarında artıq yeni kassalar təchiz edilib. Kassalar Azərbaycan Mərkəzi Bankının tələblərinə və “FİNCA İnternational”ın yeni marka standartlarına uyğun olaraq hazırlanıb və müasir pulsayan və yoxlayan avadanlıqlarla, həmçinin, siqnalizasiya, kamera qurğuları ilə təchiz edilib.

Filiallarda kassaların açılması müştəriləri əməkdaş bankların göstərdiyi xidmətlərdən azad edib. Həmçinin, bank xərcləri minimuma endirilib, gün ərzində hazırlanmış kreditlərin elə həmin gün müştəriyə verilməsi mümkün olur.

Xatırladaq ki, «FİNCA Azerbaijan» bank olmayan kredit təşkilatı kreditləri həmrəy kredit qruplarına aylıq 2,5-3%, kənd kredit qruplarına 3,5%, fərdi kreditləri isə 2-3%-lə verir.

Təsisçisi ABŞ-ın “FINCA İnternational” təşkilatı olan “FINCA Azerbaijan” qeyri-bank kredit təşkilatı 1998-ci ildən fəaliyyət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR