Bank Of Baku

«Atəşgah Həyat» sığorta şirkətinə yeni sədr təyin edilib

«Atəşgah Həyat» sığorta şirkətinə yeni sədr təyin edilib
# 16 yanvar 2012 07:39 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «Atəşgah Həyat» sığorta şirkətinin səhmdarlarının ümumi yığıncağının qərarı ilə əvvəllər şirkətin İdarə Heyətinin sədr müavini vəzifəsini icra edən Əkbər Mədətli şirkətin İdarə Heyətinin sədri vəzifəsinə təyin edilib.

Şirkətin baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, Ə.Mədətlidən əvvəl sədr vəzifəsini icra etmiş xanım Aytən Hüseynova isə «Atəşgah Sığorta» şirkətinin İdarə Heyətinin sədr müavini vəzifəsinə təyin olunub.

Qeyd edək ki, Ə.Mədətli 1999-cu ildə Türkiyənin Uludağ Universitetinin İqtisadiyyat Fakültəsini, 2001-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin idarəetmə və biznesin təşkili fakültəsinin magistraturasını bitirib. Əmək fəaliyyətinə 2000-ci ildə «Atəşgah Sığorta» şirkətində dəniz və energetika Risklərinin sığortası mütəxəssisi kimi başlayıb.

Ə.Mədətli 2004-cü ildən başlayaraq iki ildən artıq ARDNŞ-ın Xarici İnvestisiyalar İdarəsində risklərin idarə edilməsi və sığortası şöbəsinin rəisi vəzifəsində çalışıb, 2006-cı ildə «Kavkaz» sığorta şirkətinin baş direktorun müavini, 2008-ci ildən «Atəşgah» sığorta şirkəti İdarə Heyətinin sədr müavini, 2010-cu ildən isə «Atəşgah Həyat» sığorta şirkəti İdarə Heyətinin sədr müavini kimi çalışıb.

Qeyd edək ki, «Atəşgah Sığorta» şirkəti 1996-cı ilin sonunda təsis edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR