Bank Of Baku

Almaniya Avropa Birliyini öz reytinq agentliklərini yaratmağa çağırıb

Almaniya Avropa Birliyini öz reytinq agentliklərini yaratmağa çağırıb
# 16 yanvar 2012 08:05 (UTC +04:00)
Bakı - APA-Economics. Almaniyanın xarici işlər naziri Qvido Vestervelle Avropanın öz müstəqil reytinq agentliklərinə malik olmasının vacibliyini bəyan edib.

APA-Economics”in “Associated Press”ə istinadən xəbərinə görə, nazir bununla daha ABŞ reytinq agentliklərinə güvənmədiklərini ortaya qoyub.

Qeyd edək ki, “Standard & Poor’s” (“S&P”) beynəlxalq reytinq agentliyi avrozonanın 16 ölkəsinin reytinqini aşağı salıb. Buna səbəb kreditləşdirmə şərtlərinin pisləşməsi, avrozona ölkələrinin böyük əksəriyyəti üçün risklərin artması və böhran təzahürlərinin aradan qaldırılması üçün Avropa Birliyi ölkələri arasında konsolidasiya olunmuş mövqenin olmamasıdır.

Bir sıra ölkələrin reytinqinin aşağı salınması Avropa Birliyi tərəfindən narazılıqla qarşılanıb. Avstriyanın federal kansleri Verner Fayman “Facebook”dakı səhifəsində “S&P”-nin qərarını belə qiymətləndirib: “Avstriyanın maliyyə bazarlarından asılı olmamasının vaxtı çatıb”.

Kipr prezidenti Dimitris Xristofias da bu qərarı qeyri-məqbul sayıb: “Reytinqimiz məhz böhrandan çıxmağa başladığımız bir vaxtda aşağı salınıb”.

“S&P”-nin mətbuat katibi Martin Uinn isə agentliyin qərarının siyasi motivli olması barədə iddiaları təkzib edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR