Bank Of Baku

Azərbaycan Dövlət Neft Şirkəti bütün əməkdaşlarını tibbi sığorta etdirib

Azərbaycan Dövlət Neft Şirkəti bütün əməkdaşlarını tibbi sığorta etdirib
# 16 yanvar 2012 08:52 (UTC +04:00)
Bakı. Əli Əhmədov – APA-Economics. Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) nəzdində olan səhiyyə müəssisələrinin Səhiyyə Nazirliyinin balansına verilməsi ilə əlaqədar neftçilərin tibbi təminatında heç bir dəyişiklik baş verməyib. Bunu «APA-Economics»ə açıqlamasında ARDNŞ-in Hüquq İdarəsinin rəisi Eldar Orucov bildirib.

Qeyd edək ki, tibb müəssisələri ARDNŞ-in balansında olanda şirkət əməkdaşları burada böyük güzəştlərə malik idilər. E.Orucovun sözlərinə görə, bu məsələnin həlli üçün ARDNŞ-in əməkdaşları bütünlüklə tibbi sığorta olunub: «Biz bu məsələni beynəlxalq neft şirkətlərindəki qaydalara və standartlara uyğun olaraq həll etmişik». Bununla bağlı sığorta şirkətləri arasında aparılan kotirovka sorğusu zamanı ən yaxşı şərtləri «PAŞA Sığorta» şirkəti təqdim edib. Şirkətin təqdim etdiyi, ən geniş xidmətləri nəzərdə tutan «Gold Paket» hər işçi üçün 294 manata başa gələcək. E.Orucovun sözlərinə görə, digər şirkətlər belə paketi 400-500 manata təklif edib. Ümumilikdə, şirkətin 76 mindən artıq əməkdaşının hamısı bu üsulla sığortalanıb. Bu qayda artıq yanvarın 1-dən qüvvəyə minib. Sığorta şirkəti ilin əvvəlindən indiyədək neftçilərə 1 mln. manatlıq tibbi xidmət göstərildiyini bildirib.

Sığorta müqaviləsinə görə, neftçilərə tibbi xidmətlər əvvəlki kimi təkcə Neftçilər Xəstəxanasında deyil, ölkənin bütün iri və müasir səhiyyə müəssisələrində, o cümlədən Mərkəzi Klinik Xəstəxanada, eləcə də regionlarda göstəriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR