Bank Of Baku

Azərbaycanın iri vergi ödəyicilərində keçiriləcək monitorinqlərin qrafiki müəyyənləşib

Azərbaycanın iri vergi ödəyicilərində keçiriləcək monitorinqlərin qrafiki müəyyənləşib
# 16 yanvar 2012 10:25 (UTC +04:00)
Bakı. Əli Əhmədov – APA-Economics. Azərbaycan Nazirlər Kabineti iri dövlət vergi ödəyicilərinin gəlirlər və xərclər smetalarının icrası üzrə 2012-ci ildə aparılacaq monitorinqin qrafikini təsdiqləyib.

«APA-Economics»in məlumatına görə, Nazirlər Kabinetinin qərarına əsasən, monitorinq «Azərsu» ASC, Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyi, «Azərenerji» ASC, «Bakıelektrikşəbəkə» ASC, «Azərbaycan Hava Yolları» QSC, Dövlət Neft Şirkəti, «Azərbaycan Dəmir Yolları» QSC, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi və Bakı Metropolitenini əhatə edəcək.

«Azərsu» ASC-də monitorinq apreldə, Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyi və «Azərenerji» ASC-də mayda, «Bakıelektrikşəbəkə» və «Azərbaycan Hava Yolları»nda iyulda, ARDNŞ və «Azərbaycan Dəmir Yolları»nda oktyabrda, Rabitə Nazirliyində və Bakı Metropolitenində isə noyabrda keçiriləcək.

Qərara əsasən, bütün təşkilatlarda monitorinq 2011-ci ilin III-IV rüblərin və 2012-ci ilin I rübün yekunlarını əhatə edəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR