Bank Of Baku

«Əmrah Sığorta» nizamnamə kapitalını artırır

«Əmrah Sığorta» nizamnamə kapitalını artırır
# 16 yanvar 2012 13:09 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycan Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi (QKDK) «Əmrah Sığorta» ASC-nin açıq yerləşdirmə üsulu ilə yerləşdirilən sənədli adlı səhmlərinin emissiya prospektini dövlət qeydiyyatına alıb.

QKDK-dan «APA-Economics»ə verilən məlumata görə, səhmlərin hər birinin nominal dəyəri 200 manat, sayı 5 min ədəd, emissiyanın ümumi həcmi isə 1 mln. manat təşkil edir.

Birja mütəxəssislərinin fikrincə, «Əmrah Sığorta» ASC-nin səhmlərinin yerləşdirilməsinə yaxın vaxtlarda başlayacağı gözlənilir. Yerləşdirmə başa çatdıqdan sonra sığorta şirkətinin nizamnamə kapitalı 28,6% artaraq 4,5 mln. manata çatacaq.

Xatırladaq ki, təsisçisi 2 fiziki şəxs olan «Əmrah Sığorta» şirkəti Azərbaycanda 1993-cü ildən fəaliyyət göstərir. Hazırda şirkətin nizamnamə kapitalı 3,5 mln. manat təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR