Bank Of Baku

«Atəşgah Sığorta» şirkəti 15 illik yubileyini qeyd edib

«Atəşgah Sığorta» şirkəti 15 illik yubileyini qeyd edib
# 16 yanvar 2012 13:59 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev - APA-Economics. Azərbaycanın «Atəşgah Sığorta» şirkəti 15 illiyini qeyd edib. Şirkətin baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, şirkətin 15 illiyi münasibəti ilə keçirilən tədbirdə «Atəşgah» Sığorta Qrupunun Bakı və regionlarından 250-dən artıq əməkdaşı iştirak edib.

Tədbirdə fərqlənən və 10 ildən artıq çalışan «Atəşgah» əməkdaşlarına şirkətin inkişaf tarixindəki xüsusi xidmətlərinə görə fəxri diplom və qiymətli hədiyyələr təqdim edilib.

Tədbiri «Atəşgah» Sığorta Qrupunun prezidenti Ruslan Əliyev giriş nitqi ilə açıb və «Atəşgah»ın 15 illik fəaliyyət tarixi ərzində əldə etdiyi nailiyyətlərdən danışıb. Onun sözlərinə görə, 15 il ərzində şirkət Azərbaycan sığorta bazarında əhəmiyyətli uğur əldə edib. Şirkətin regionlarda iştirakı genişlənib, regionlardakı ofislərin sayı doqquza çatıb, biznes proseslər təkmilləşdirilib, bir sıra iri layihələr həyata keçirilib.

«Ötən il - 15 illik konsepsiyası çərçivəsində «Atəşgah» sığorta şirkəti öz loqotipini irəliyə doğru hərəkəti simvolizə edən al yelkənlərlə bəzəyib. Azərbaycanda ilk dəfə olaraq şirkət unikal tarixi-mədəni abidə olan «Atəşgah» od məbədini sığortalayıb. Azərbaycanda ilk olaraq «Eurovision-2011» musiqi müsabiqəsinin qalibi Nigar Camalın simasını sığortalayıb. Şirkət üçün ən vacib addımlardan biri də «Atəşgah» komandasının Heydər Əliyev zirvəsini fəth etməsi, həmçinin on-line rejimində «İcbari Sığorta Bürosu» vasitəsilə avtonəqliyyat vasitələri sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə ilk polisin buraxılışı olub», - deyə R.Əliyev qeyd edib.

Qeyd edək ki, «Atəşgah» sığorta şirkəti 1996-cı ilin sonunda təsis edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR