Bank Of Baku

«AXA-Mbask» sığorta şirkəti ötən il bazar payını artırıb

«AXA-Mbask» sığorta şirkəti ötən il bazar payını artırıb
# 16 yanvar 2012 14:14 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. «AXA-Mbask» sığorta şirkətinin 2011-ci il ərzində topladığı sığorta haqlarının həcmi 12,725 mln. manat təşkil edib ki, bu da 2010-cu ilin yekun göstəricisi ilə müqayisədə 52% çoxdur.

Şirkətin baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, hesabat ilində ən çox sığorta haqqı «Avtonəqliyyat vasitələrinin sığortası» (7,347 mln. manat), «Əmlakın yanğından və digər risklərdən sığortası» (2,463 mln. manat), «Tibbi sığorta» (710,597 min manat) və «Yüklərin sığortası» (625,952 min manat) növləri üzrə toplanılıb. Bu növlərin ümumi daxilolmalarda xüsusi çəkisi müvafiq olaraq 57,7%, 19,4%, 5,6% və 4,9% təşkil edib.

Hesabat ilində könüllü sığorta növləri üzrə yığımın həcmi 49,5% artaraq 12,386 mln. manata, icbari sığorta növləri üzrə daxilolmalar isə 3,3 dəfə artaraq 338,826 min manata çatıb.

Ödənişlərə gəldikdə isə 2011-ci ilin yekunlarına görə, şirkətin sığorta riskləri üzrə ödənişləri 8,2% azalaraq 3,244 mln. manat olub. Ödənişlərin strukturunda 2,434 mln. manat «Avtonəqliyyat vasitələrinin sığortası», 518,927 min manat «Tibbi sığorta» və 52,092 min manat «Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası» növləri üzrə ödənilib. Ötən il şirkət tərəfindən könüllü sığorta növləri üzrə sığorta hadisələrinə görə ödənilən vəsaitlərin həcmi 9,6% azalaraq 3,137 mln. manata, icbari sığorta növləri üzrə isə 68% artaraq 107,006 min manata çatıb.

Qeyd edək ki, ötən il şirkətin bazar payı 6% təşkil edib və bu, əvvəlki ilin göstəricisindən 0,6 faiz bəndi çoxdur.

Xatırladaq ki, 2010-cu ilin oktyabr ayında «Mbask» sığorta şirkətinin nəzarət səhm paketi (51%) «AXA Group»un (Fransa) törəmə şirkəti olan «AXA Sequros generales S.A, De Sequros Y Reasequros» (İspaniya) şirkətinə satılıb. Şirkətin səhmlərinin 49%-i isə yerli fiziki şəxsə məxsusdur.

«AXA-Mbask» sığorta şirkəti 1992-ci ildə «Mbask» sığorta şirkəti adı ilə fəaliyyətə başlayıb. Cari il yanvarın 1-nə şirkətin nizamnamə kapitalı 5,730 mln. manat təşkil edib. Şirkət 29 sığorta növü üzrə xidmət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR