Bank Of Baku

«Çartis Azərbaycan» sığorta şirkəti ötən il ödənişləri kəskin azaldıb

«Çartis Azərbaycan» sığorta şirkəti ötən il ödənişləri kəskin azaldıb
# 16 yanvar 2012 14:27 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. «Çartis Azərbaycan» (əvvəlki «AIG Caspian Insurance») sığorta şirkətinin 2011-ci ildə topladığı sığorta haqlarının həcmi 1,604 mln. manat təşkil edib ki, bu da 2010-cu ilin yekunları ilə müqayisədə 7,7% azdır.

Şirkətin Maliyyə Departamentinin direktoru Elmar İslamın «APA-Economics»ə verdiyi məlumata görə, ötən il ümumi yığımlarda 43,6% «Əmlakın yanğından və digər risklərdən sığortası» (698,277 min manat), 43,7% «Ümumi mülki məsuliyyətin sığortası» (700,659 min manat), 6,6% «Yanğından icbari sığorta» (106,770 min manat) və 6% digər sığorta növlərinin payına düşüb.

Hesabat dövründə şirkətin sığorta riskləri üzrə ödənişləri 18 dəfə azalaraq 15,086 min manata çatıb. Ödənişlərdə ən çox vəsait «İşçilərin dələduzluq hərəkətlərindən sığorta» (6,617 min manat və ya 0,4%), «Yüklərin sığortası» (6,543 min manat və ya 0,40) və «Fərdi qəza və xəstəliklər sığortası» (377 manat və ya 0,02%) növləri üzrə ödənilib.

Qeyd edək ki, hesabat təcili məlumatlar əsasında hazırlandığı üçün mənfəət və ya zərərin həcmi dəqiqləşdirilməyib.

Xatırladaq ki, «Çartis Azərbaycan» ASC 1999-cu ildən «AIG Caspian» sığorta şirkəti adı ilə fəaliyyət göstərib, 2010-cu ilin noyabr ayında isə adı «Çartis Azərbaycan»a dəyişib. Əvvəllər şirkətin təsisçiləri «Caravan Investment» şirkəti (51%) və «AIG Inc.» şirkəti (49%) olub. Səhmdarların tərkibində edilən dəyişikliyə əsasən, «Caravan Investment» şirkəti (51%) öz payını ABŞ-ın «AIG Inc.» şirkətinə satıb və bununla da xarici şirkət «Çartis Azərbaycan»ın səhmlərinin 100%-nə sahib olub.

Cari il yanvarın 1-nə şirkətin nizamnamə kapitalı 6,787 mln. manat təşkil edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR