Bank Of Baku

Ötən il Çinin ÜDM-i 9,2% artıb

Ötən il Çinin ÜDM-i 9,2% artıb
# 17 yanvar 2012 07:57 (UTC +04:00)
Bakı - APA-Economics. Çinin ÜDM-i 2011-ci ildə 9,2% artaraq 47,2 trln. yuan (7,5 trln. dollar) təşkil edib. “APA-Economics”in xəbərinə görə, bu barədə Çin Milli Statistika Bürosu açıqlama yayıb.

Ötən ilin IV rübündə Çində ÜDM bir il əvvəlki göstərici ilə müqayisədə 8,9% artıb. Halbuki III rübdə artım 9,1%, II rübdə 9,5%, I rübdə 9,7% olub.

Ekspertlərin fikrincə, Çinin makroiqtisadi inkişafı indiki çətin vaxtda dünya iqtisadiyyatına dəstək ola və böhranın ikinci dalğasından yayınmaq imkanı verə bilər.

Qeyd edək ki, Çində ÜDM-in 9%-dən aşağı artımı sonuncu dəfə 2001-ci ildə qeydə alınıb - 8,3%.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR