Bank Of Baku

“Standard & Poor’s” Avropa Maliyyə Sabitliyi Fondunun reytinqini bir pillə aşağı salıb

“Standard & Poor’s” Avropa Maliyyə Sabitliyi Fondunun reytinqini bir pillə aşağı salıb
# 17 yanvar 2012 09:57 (UTC +04:00)
Bakı - APA-Economics. “Standard & Poor’s” (SP) beynəlxalq reytinq agentliyi Avropa Maliyyə Sabitliyi Fondunun (EFSF) reytinqini bir pillə aşağı - “AAA”dan “AA+”ya salıb.

APA-Economics”in “Agence France-Presse”yə istinadən xəbərinə görə, EFSF-nin reytinqinin aşağı salınmasına səbəb bir neçə gün əvvəl Fransa və Avstriyanın kredit reytinqlərinin “AAA”dan “AA+”ya endirilməsidir.

EFSF-nin istiqrazları üzrə qarantiyaları avrozonaya daxil olan ölkələr verir ki, bu da fondun reytinqinin avrozonanın inkişaf etmiş ölkələrinin reytinqindən asılılığını şərtləndirir.

EFSF 2010-cu ilin may ayında avrozonanın maliyyə çətinliyi yaşayan ölkələrinə yardım etməklə Avropada maliyyə sabitliyinin qorunması məqsədilə yaradılıb. EFSF-nin ilkin həcmi 440 mlrd. avro nəzərdə tutulsa da, sonradan 2,5 dəfə artırılaraq 1 trln. avroya çatdırılıb.

Qeyd edək ki, “S&P” beynəlxalq reytinq agentliyi ötən həftə avrozonanın bir neçə ölkəsinin reytinqini aşağı salıb. Buna səbəb kreditləşdirmə şərtlərinin pisləşməsi, avrozona ölkələrinin böyük əksəriyyəti üçün risklərin artması və böhran təzahürlərinin aradan qaldırılması üçün Avropa Birliyi ölkələri arasında konsolidasiya olunmuş mövqenin olmamasıdır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR