Bank Of Baku

«Turanbank» ötən il aktivlərini 32% artırıb

«Turanbank» ötən il aktivlərini 32% artırıb
# 17 yanvar 2012 14:07 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «Turanbank» ASC-nin aktivlərinin həcmi 2012-ci il yanvarın 1-nə 173,3 mln. manat təşkil edib ki, bu da əvvəlki ilin analoji dövrünün göstəricisi ilə müqayisədə 32% çoxdur.

Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, hesabat ilində bankın kredit portfeli 16,9% artaraq 121,6 mln. manata, depozit portfeli isə 66,8% artaraq 73,7 mln. manata çatıb. Ötən il ərzində depozit portfelinin strukturunda əhalinin müddətli əmanətləri 27,1% artaraq 40,7 mln. manat təşkil edib.

Bundan başqa, hesabat ilində bankın məcmu kapitalı 9,8% artaraq 26 mln. manat, o cümlədən nizamnamə kapitalı 10% artaraq 22 mln. manat təşkil edib.

Qeyd edək ki, hesabat ilində bankın ümumi gəlirləri 21% artaraq 18,7 mln. manat, xərcləri isə 25% artaraq 15,1 mln. manat təşkil edib. Nəticədə, ötən il bankın mənfəəti 6% artaraq 3,6 mln. manat olub.

Xatırladaq ki, təsisçisi 5 hüquqi (21,65%) və 20 fiziki şəxs olan (78,35%) «Turanbank» ASC 1992-ci ildən fəaliyyət göstərir. Bankın ölkə üzrə 11 filialı, 16 bankomatı, 74 POS-terminalı və 239 işçisi var.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR