Bank Of Baku

Azərbaycanda əhalinin gəlirlərinin real artımı 11,7%-ə çatıb

Azərbaycanda əhalinin gəlirlərinin real artımı 11,7%-ə çatıb
# 17 yanvar 2012 14:29 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanda əhalinin gəlirlərinin real artımı 11,7%-ə bərabər olub. Ötən il ölkədə əhalinin gəlirlərinin artım tempi 19,6%, illik inflyasiya isə 7,9% təşkil edib. «APA-Economics»in məlumatına görə, gəlirlərin real artım tempi son 3 ildə maksimal həddə çatıb.

Beli ki, 2010-cu ildə inflyasiya nəzərə alınmaqla korrektə olunmuş əhalinin gəlirləri 7,6%, 2009-cu ildə 6,5% artıb. Qeyd edək ki, 2008-ci ildə bu göstərici 17%-ə bərabər olub. Eyni zamanda, məhz həmin ildə Azərbaycanda son zamanlarda ən yüksək inflyasiya müşahidə olunub – 20,8%. Lakin gəlirlərin nominal artım tempi 37,8%-ə çatıb.

Ümumilikdə, əhalinin gəlirlərinin artımının inflyasiya ilə müəyyən dərəcədə uyğunluğu müşahidə olunub. Belə ki, yüksək inflyasiya olan illərdə gəlirlərin də yüksək artımı baş verib. Məsələn, 2009-cu ildə inflyasiya 1,5%, gəlirlərin artım tempi isə 8%, 2010-cu ildə inflyasiya 5,7%, gəlirlərin artım tempi 13,3% olub. Bu baxımdan nəticə etibarı ilə inflyasiyanın artması gəlirlərin real artım tempinin yüksəlməsinə xidmət edir. Belə ki, inflyasiyanın artması ilə gəlirlərin artım tempi ilə inflyasiya arasında olan fərq də artır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR